“Gallup International” təşkilatı noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə əlaqədar “İmedi” televiziya kanalının sifarişi ilə sosioloji rəy sorğusu keçirib.Azərtac xəbər verir ki, respondentlərə “Əgər prezident seçkilərinin ikinci turu bu gün keçirilsəydi, kimə səs verərdiniz” sualı təqdim olunub.Rəyi soruşulanların 52 faizi müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili, 48 faizi isə “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzeyə səs verəcəklərini bildirib. Respondentlərin 37 faizi qərar vermədiyini, 9 faizi isə səsvermədə iştirak etməyəcəyini deyib.Noyabrın 16-dan 18-dək aparılmış rəy sorğusunda səsvermə hüququna malik 2400 vətəndaş iştirak edib.Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə müstəqil namizəd Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadze arasında gedəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…