Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin iqtisadi inkişaf ili olduğunu, dünyada təhlükəli meyillərin gücləndiyi bir dövrdə Azərbaycanın uğurla inkişaf etdiyini, sabitliyin möhkəmləndiyini qeyd edib.2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4 faiz, kənd təsərrüfatı 2,2 faiz, ümumilikdə ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artıb, müsbət saldo 1,9 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə ölkə iqtisadiyyatına 5 milyard ABŞ dolları həcmində investisiya yatırılıb, valyuta ehtiyatlarımız artaraq 40,6 milyard ABŞ dolları təşkil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…