“Gibraltar International Chess Festival 2019”un “Masters” turnirində

28 Yanvar 2019 11:05

Xəbər 673 dəfə oxunub

Cəbəllütariqdə təşkil olunan “Gibraltar International Chess Festival 2019”un “Masters” turnirində Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədov inamla mübarizə aparırlar.Azərtac xəbər verir ki, altıncı turda Rauf Məmmədov Rusiya idmançısı Danil Yuffanı məğlub edərək xallarının sayını 4,5-ə çatdırıb. O, bu nəticə ilə liderlər qrupundan cəmi 0,5 xal geri qalaraq turnir cədvəlində 18-ci yerə yüksəlib. Arkadi Naydiçin aktivində də 4,5 xal var.Yanvarın 28-də turnir çərçivəsində yeddinci turun oyunları keçiriləcək. Rauf Məmmədov növbəti partiyanı rumın Boqdan Daniel Dikə qarşı oynayacaq. Arkadi Naydiç isə ispaniyalı Jaime Santos Latasla mübarizə aparacaq.xeber100.com