Yanvarın 21-də nüfuzlu şahmat yarışlarından olan “Gibraltar International Chess Festival 2020” turniri start götürür.Azərtac xəbər verir ki, Cəbəllütariqdə keçiriləcək və 10 turdan ibarət olacaq festivalın “Masters” turnirində Azərbaycanın 3 şahmatçısı – Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli və Günay Məmmədzadə mübarizə aparacaq.Ş.Məmmədyarovun ilk turda rəqibi hindistanlı Rahil Mulik olacaq. Digər şahmatçılarımız V.Durarbəyli Cənubu Afrika Respublikasından olan Daniel Barış, G.Məmmədzadə hindistanlı Şalmali Gagare ilə üz-üzə gələcəklər.“Masters” turnirdə hər il onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri iştirak edirlər. Bu il festivalın “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…