İtaliyanın Ankona şəhərində keçirilən aerobika gimnastikası üzrə 10-cu Avropa çempionatında iştirak edən Azərbaycan milli komandası ilk dəfə üç proqramda təmsil olunub.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, təmsilçilərimiz hər üç kateqoriya üzrə finala yüksəlməyi bacarıblar.Final mərhələsində fərdi proqramda ölkəmizi Vladimir Dolmatov təmsil edib. Gimnastımız 20,950 xalla yeddinci pillədə qərarlaşıb.Komanda yarışında ölkəmizi V.Dolmatov ilə yanaşı, Elçin Məmmədov və Emil Quliyev təmsil ediblər. Komandamız bu proqramda 20,350 xalla səkkizinci yeri tutub.Yığmamızın ən yaddaqalan çıxışı “Aero Dance” proqramı üzrə yerinə yetirilən kompozisiyada alınıb. Kompozisiyanı Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəyli təqdim ediblər. Milli musiqimizin ritmləri üzərində qurulan elementləri uğurla yerinə yetirən gimnastlarımızın çıxışı beşinci yerə layiq görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…