İspaniyanın Quadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı başa çatıb.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, son günlər uğurlu çıxışları ilə yadda qalan Azərbaycanın yeniyetmə gimnastları bu turnirdə də mükafat qazanıblar. Komanda hesabında təmsilçilərimiz Nərminə Səmədova və Arzu Cəlilova yığmamızın ümumi hesabına 88,550 xal yazdırmaqla üçüncü pilləyə yüksəliblər. İdmançılarımız bu uğurlu nəticə sayəsində turnirin bürünc medalına layiq görülüblər. Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan isə 86,950 xal toplayaraq dördüncü pillədə qərarlaşıblar.Gimnastlarımız fərdi yarışların finalında da inamlı təsir bağışlayıblar. Final mərhələsində A.Cəlilova gürzlərlə hərəkətlərdə dördüncü, lentlə çıxışda isə yeddinci olub. Y.Luzan isə halqa ilə çıxışına görə altıncı yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…