Gimnastika Federasiyasının məlumatına görə…

20 Oktyabr 2016 13:23

Xəbər 756 dəfə oxunub

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Tokioda keçirilən 81-ci Konqresində bu qurumun yeni prezidenti seçilib. Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, səsvermə prosesi yaponiyalı Morinari Vatanablenin qələbəsi ilə başa çatıb. Hazırda Yaponiya Gimnastika Birliyinin və FIG İcraiyyə Komitəsinin üzvü olan 57 yaşlı M.Vatanable səlahiyyətlərinin icrasına yanvarın 1-dən başlayacaq. Üzv federasiyaların yüzünün səsini əldə edən M.Vatanable FIG-in doqquzuncu prezidenti olacaq. FIG-in hazırkı prezidenti italiyalı Bruno Qrandidir.xeber100.com