Belçikanın Antverpen şəhərində 18-ci GYMGALA (gimnastika üzrə qala gecəsi) keçirilib.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, tədbirin təşkilatçıları tərəfindən dəvət olunmuş ölkəmizin qrup hərəkətləri komandası da bu şouda maraqlı çıxışı ilə yadda qalıb. Belə ki, GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri olan Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepden ibarət qrupumuzun 5 lent, o cümlədən 3 gürz və 2 halqa ilə icra etdikləri kompozosiyalar Lotto Arenasına toplaşmış tamaşaçılara zövqlü anlar yaşadıb.Şounun ulduz idmançıları arasında bu il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə çempionları Oleq Vernyayev və Sanne Vevers, həmçinin batut gimnastikası üzrə qızıl medalçısı Vladislav Qonçarov da yer alıblar.Ümumilikdə tədbirdə Azərbaycanla yanaşı, Belçika, Böyük Britaniya, Rusiya, Ukrayna, İsrail, Danimarka və Niderlanddan olan tanınmış gimnastlar çıxış ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…