Bakıdakı Milli Gimnastika Arenası gələn il batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Avropa çempionatını qəbul etməyə tam hazırdır.Azərtac Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bunu Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman deyib.V.Zeman bildirib ki, Milli Gimnastika Arenası bu cür böyük yarışların keçirilməsi üçün Avropada olan ən yaxşı arenalardan biridir. Biz Bakıya, ilk növbədə, yarışların hazırlığı ilə tanış olmağa gəlmişik. Eləcə də iki gün ərzində texniki komitənin iclaslarını keçirəcəyik. Deyə bilərəm ki, Milli Gimnastika Arenası Avropanın ən yaxşı idman qurğularından biridir. Bu arena gimnastikanın bütün növləri üzrə ixtisaslaşmış idman qurğusudur.UEG rəsmisi qeyd edib ki, Bakı, həmçinin irimiqyaslı yarışların keçirilməsində böyük təcrübəyə malikdir. İki il əvvəl Bakıda birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olundu. Bundan başqa, Bakı iki dəfə batut gimnastikası və digər gimnastika növləri üzrə dünya kuboku yarışlarını qəbul edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…