Kişi idman gimnastikası üzrə yığma komandamızın gənc üzvləri Tbilisidə beynəlxalq turnirdə iştirak ediblər.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, komandamızın hesabına ilk medalı Cavidan Babayev yazdırıb. O, sərbəst hərəkətlərdə 12.766 xal toplayaraq turnirin gümüş medalına sahib olub. İdmançımız növbəti uğurlu çıxışını halqalarda icra edərək bürünc medal (12.666 xal) qazanıb.Təmsilçilərimizdən Səməd Məmmədli də yarışları 2 medalla başa vurub. Gimnastımız dəstəli atda gümüş (12.966 xal), turnikdə isə bürünc medal (12.200 xal) əldə edib.Komanda yoldaşlarından geri qalmayan Sərvər Əliyev də yığmamızın hesabına paralel qollarda gümüş medal (13.033 xal) yazdırıb.Gimnastlarımız yarışı 3 gümüş və 2 bürünc medalla başa vurublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…