Azərbaycan gimnastı Zöhrə Ağamirova Sofiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatında çoxnövçülüyün finalına çıxdı.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildirilib ki, Zöhrə Ağamirova dörd növ üzrə çıxışın yekunlarına əsasən 50.650 bal toplayaraq 22-ci yeri tutub və finala çıxıb. Ondan azacıq geri qalan Veronika Qudis 25-ci mövqedə qərarlaşaraq ehtiyat gimnastların sırasında yer alıb.Azərbaycanın bədii gimnastika yığması Sofiyada keçirilən dünya çempionatında komanda hesabına görə 9-cu yeri tutur. Yığmamız Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokinanın səyləri sayəsində 131.700 bal toplayıb ki, bununla da Özbəkistan, Sloveniya, Qazaxıstan, Koreya, Çin, Kanada, Polşa, İspaniya və digər ölkələrin komandalarını geridə qoyub.Dünya çempionatında hələ ki Rusiya yığması liderdir. Ondan sonrakı mövqelərdə Bolqarıstan və İtaliya gimnastları qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…