Gimnastika Federasiyasının növbəti dünya kuboku mərhələsində

31 Mart 2017 11:01

Xəbər 918 dəfə oxunub

Bakı aprelin 28-30-da Beynəlxalq Gimnastika Federasiyasının (FIG) növbəti dünya kuboku mərhələsinə ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə beynəlxalq turnirdə 19 ölkədən 92 gimnastın iştirakı gözlənilir.Azərtac xəbər verir ki, idmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının finalçısı, ilk Avropa Oyunlarının gümüş, Avropa çempionatının çoxnövçülük üzrə bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc mükafatçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçılar Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.Yarışların ilk iki günündə keçiriləcək təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək.xeber100.com