Gimnastika Federasiyasının VIII ümumi yığıncağı keçirilib

27 Dekabr 2017 12:34

Xəbər 821 dəfə oxunub

Dekabrın 26-da Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) VIII ümumi yığıncağı keçirilib.Azərtac xəbər verir ki, tədbirdə federasiyanın vitse-prezidenti Altay Həsənov 2002-ci ildən fəaliyyətə başlayan AGF-in 15 illik yubileyinə dair hesabat məruzəsi ilə çıxış edib.Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan vitse-prezident 15 il ərzində gimnastlarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri və Azərbaycanda gimnastika növləri üzrə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.xeber100.com