Gimnastika növləri üzrə milli yarışlar mövsümü açıq elan olunub

1 Oktyabr 2016 16:15

Xəbər 1460 dəfə oxunub

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə II Azərbaycan birinciliyi və Bakı çempionatı ilə açıq elan olunub. Azərtac xəbər verir ki, 35 gimnastın qatıldığı yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir. İdmançılar fərdi kişi (gənclər – 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar – 7-8 yaş, balacalar – 9-11 yaş, yeniyetmələr – 12-14 yaş, gənclər – 15-17 yaş) və qadın üçlüyü (uşaqlar – 7-8 yaş, balacalar – 9-11 yaş, yeniyetmələr – 12-14 yaş) proqramları üzrə çıxışlarını nümayiş etdirəcəklər.xeber100.com