Gimnastika üzrə beynəlxalq turnir keçirilib

23 May 2018 10:46

Xəbər 614 dəfə oxunub

Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, yeniyetmələr proqramında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərqlənib. Belə ki, gimnastımız dayaqla tullanma proqramında 12.450 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb.Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.xeber100.com