Cari ildə Bakıda gimnastikanın müxtəlif növləri üzrə 8 beynəlxalq turnir keçiriləcək. İlin ilk beynəlxalq yarışı batut gimnastikası və tamblinq üzrə dünya kuboku turniridir.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə fevralın 8-də jurnalistlərə müsahibəsində deyib.Baş katib bildirib ki, fevralın 15-16-da keçiriləcək dünya kuboku yarışlarında iştirak edəcək Qazaxıstan, Gürcüstan və Yeni Zelandiya komandaları artıq Bakıdadır. Bu komandalar Bakıda təlim-məşq toplanışında iştirak edirlər.Milli Gimnastika Arenasının dünya kuboku yarışlarına tam hazır olduğunu deyən N.Məmməzadə bildirib ki, turnirdə 30 ölkədən 150 idmançı iştirak edəcək. Turnirin batut gimnastikası yarışlarında Olimpiya Oyunları mükafatçılarının iştirakı gözlənilir. Ötən il olduğu kimi, builki yarış da “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.Xatırladaq ki, dünya kuboku turnirində ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…