Qazaxıstan paytaxtında “Global Challenges Summit” – Qlobal Çağırış Sammiti adlı XI Astana İqtisadi Forumu keçirilir.Forumda dünyanın tanınmış iri maliyyə qurumları, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər və ekspertlər iştirak edir.Azərtac xəbər verir ki, Astana Expo Konqres Mərkəzində təşkil edilən forumun açılış mərasiminə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Baş nazir Bakıtcan Sagintayev, Fransanın eks-prezidenti Fransua Olland və Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Pan Gi Mun, Asiya İnfrastruktur İnvestisiya Bankının direktoru Jin Liqun, “Apple” şirkətinin həmtəsisçisi Stiv Vozniak, ümumiyyətlə 111 ölkədən mindən çox nümayəndə, çoxlu sayda KİV təmsilçisi iştirak edir.Prezident Nursultan Nazarbayev forumun açılış mərasimində çıxış edərək bildirib ki, 11-ci dəfə keçirilən forum iqtisadiyyat, investisiya və innovasiya məsələlərinin müzakirə edilməsinə zəmin yaradır. Bu əhəmiyyətli tədbirdə, eyni zamanda, qlobal problemlərin həlli yolları da axtarılacaq. “Qlobal antiböhran qərarlarına bütün beynəlxalq birliyin cəlb olunmasının vacibliyini nəzərə alaraq, bu təşəbbüsü BMT meydançasında həyata keçirməyi təklif edirik”, – deyə Qazaxıstan Prezidenti bəyan edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…