“Golden Apricot” adlı ənənəvi şahmat turniri başa çatıb

31 Avqust 2017 17:26

Xəbər 810 dəfə oxunub

Türkiyənin şərqindəki Malatya şəhərində “Golden Apricot” adlı ənənəvi şahmat turniri başa çatıb.Azərtac xəbər verir ki, 9 mümkün xaldan 7 xal toplayan belaruslu qrossmeyster Andrey Jiqalko sayca beşinci turnirin qalibi olub. Ukraynalı Yuri Solodovniçenko, moldovalı Vladimir Xamitseviç və türkiyəli Mert Yılmazyerli də eynən bu qədər xal toplayıblar.Yeddi şahmatçı, o cümlədən Azərbaycan şahmatçıları – beynəlxalq usta Nail Bəşirli və qrossmeyster Zaur Məmmədov onlardan yarım xal geri qalıblar. Səkkiz şahmatçının, o cümlədən Azərbaycanın daha bir nümayəndəsi Talıb Babayevin hər birinin aktivində 6 xal var.“Golden Apricot” turnirində 10-dan çox ölkədən 108 şahmatçı iştirak edib.xeber100.com