Azərbaycanda fiziki qüsurlu, xüsusilə də görmə qabiliyyəti zəif olan və ya gözlərinin nurunu itirmiş insanların problemləri istiqamətində bir çox işlər görülsə də hələ problemlər tam olaraq öz həllini tapa bilmir. Ölkə olaraq dünya ölkələrinin təcrübəsindən isifadə edilsə də, insanlarımızızn rahat yaşaması üçün lazım olan bütün şərait yaradılsa da gözdən əlil insanlar bu şəraitdən yararlanmaqda əziyyət çəkirlər. Bu da o deməkdir ki, gözdən əlillərin daha çox diqqətə ehtiyacları var. Əslində Azərbaycanda gözdən əlil insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsi istiqaqmətində bir çox işlər görülsə də onların cəmiyyətə inteqrasiyası üçün daha çox iş görülməlidir. Ekspertlərin fikrincə, gözdən əlil insanların cəmiyyətə inteqrasiyası üçün onların bacarıq və qabiliyyətləri inkişaf etdirilməlidir. Belə ki, hazırda boş iş yerlərinə qəbullar çox vaxt qeyri-leqal aparılır. Əksər hallarda isə həmin yerlərin tutulmasında əlillərə sağlam insanlarla yanaşı bərabər imkanlar yaradılmır. Əlillərin müasir texnologiyalardan istifadə imkanları məhduddur. Xüsusilə də, gözdən əlillərin informasiya ilə təmin olunması və müasir texnologiyalardan istifadə imkanları çox zəifdir. Əksər ölkələrdə bu təbəqədən olan insanlar üçün xüsusi televiziya proqramları hazırlansa da, çox təəssüf ki, ölkəmizdə belə verilişlər yoxdur. Əslində əlillərə cəmiyyətin digər üzvləri kimi təhsil almaq və peşə bacarıqlarını artırmaq üçün şərait yaradılmalıdır. Ekspertlər onu da qeyd edirlər ki, ölkəmizdə gözdən əlillərin problemləri ilə məşğul olan kifayət qədər mütəxəssis yoxdur. Bu isə vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərir. Əlil arabaları ilə hərəkət etmək üçün yaşayış binaları və səkilərdə müvafiq yerlər nəzərdə tutulmur. Bu problemin həlli üçün xüsusi dövlət proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var. Qeyd edək ki, bu günədək Azərbaycanda ayrı-ayrı təbəqədən olan əlil insanlar barədə ayrıca məlumat bankı yaradılmayıb. Dövlət Statistika Komitəsi indiyədək bu məsələyə kifayət qədər diqqət yetirməyib. Belə məlumat bazasının olmaması isə əlillərin sosial problemlərinin həlli üçün layihələrin həyata keçirilməsinə maneələr yaradır. Yeri gəlmişkən, Heydər Əliyev Fondu bir neçə il əvvəl gözdən əlil şəxslər üçün müasir texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bir az əvvələ qayıtsaq o zaman görərik ki, hələ 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalandı. Həmin layihə üç mərhələdə həyata keçirilib. İlk mərhələdə kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarının müəyyən edilməsi, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaq nəzərdə tutulurdu. Sonrakı mərhələlərdə audio-kitabxanalar, təlim mərkəzləri yaradıldı, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası yaradıldı. Bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli audiokitabların bərpası, internetə çıxış, informasiya-texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradıldı. Hazırda burada Brayl şriftləri ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitab, kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Eyni zamanda, musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək olur. Hətta həmin texnologiyalarla işləməyi öyrədən mütəxəssislər də kifayət qədərdir. Son illərdə İKT-dən gözdən əlillərin istifadəsi regionlarda da reallaşmaq üzrədir. Artıq Gəncə şəhərində də resurs mərkəzinin açılması nəzərdə tutulub. Artıq burada müəyyən işlər görülüb, layihə sənədləri hazırlanıb, yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılmışdir. Müasir standartlara cavab verən bu mərkəzdə də gözdən əlillərin informasiya texnologiyalarından istifadəsi reallaşacaq. Naxçıvan şəhərində də belə bir mərkəzin yaradılması istiqamətində işlər gedir. Bütün bunlar bir daha sübut edir ki, prpblemlər nə qədər çox olsa da problemlərin həlli yollarında bir çox işlər görülür. Bu baxımdan əlil insanlara böyük diqqət var. 2005-ci ildən Heydər Əliyev Fondunun başladığı bu xeyirxah iş bu gün də yüksək səviyyədə davam etməkdədir. Yaxın gələcəkdə digər bölgələrdə də belə mərkəzlər yaradılacaq və bu da gözdən əlil insanların informasiya təminatının reallaşmasına imkan yaradacaq. Son illərdə gözdən əlillərin işlə təmin olunmasında, onların cəmiyyətə inteqrasiyasında böyük irəliləyişlər baş verir. Gözdən əlil insanın kompyuterdən istifadə etməsi, istənilən məlumat əldə etməsi, bir sözlə, cəmiyyətdə lazımlı adama çevrilməsi sevindirici haldır. Artıq İKT ölkədə prioritet sahə elan olunub. Gözdən əlillərin də informasiya texnologiyalarından bəhrələnməsi məhz ölkəmizdə bu istiqamətdə aparılan genişmiqyaslı işlərin nəticəsidir. Hazırda kompyuter texnologiyalarından istifadə etməyi bacaran gözdən əlillər üçün rabitə kursları təşkil edilib. Bunun mahiyyəti ondan ibarətdir ki, həmin insanlar artıq işlə təmin olunacaqlar və onlar rabitə sistemində fəaliyyət göstərəcəklər. Bu layihəyə uyğun olaraq hər il həmin kursları 20-25 nəfər bitirərək işə göndərilirlər. Təbii ki, əlillərin əmək bazarına inteqrasiya olunmasında onların informasiya texnologiyalarına yiyələnmələrinin çox əhəmiyyətli rolu vardır. Azərbaycandakı 30-40 min gözdən əlilin də bu texnologiyalara yiyələnməsi istiqamətində aparılan işlərin, həyata keçirilən layihələrin də əsasında məhz bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək durur. Gözdən Əlillər Cəmiyyəti də dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləyir, bu insanların əmək bazarlarındakı yerini möhkəmlətmək məqsədilə yeni layihələrin reallaşması istiqamətində məqsədyönlü iş aparır. Son olaraq qeyd edək ki, Azərbaycanda 320 000 əlilin 35 000 nəfəri kor və görmə qabiliyyəti zəif olan insanlardır. Onlar fiziki baxımdan qüsurlu olsalar da, həyata baxışlarına görə sağlam insanlardan heç də geridə qalmırlar, əksinə, fikizi cəhətdən məhdudluq onları mənəvi cəhətdən daha güclü edir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…