GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb

17 İyun 2016 11:42

Xəbər 568 dəfə oxunub

İyunun 17-də saat 11-də Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib. Azərtac xəbər verir ki, Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub. Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir. 2016-cı ilin GP2 təqvimi 11 yarışdan ibarətdir. Onların hamısı Formula-1 həftəsonu çərçivəsində keçirilir. Mövsüm İspaniyanın Barselona trekində start götürür və Abu-Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Avropa Qran-prisinin dəstək yarışı kimi Bakı şəhər halqasında keçirilir. Çempionatda hər birində 2 pilot olmaqla 12 kollektiv təmsil olunur. Bu il pelotonun tərkibinə çox güclü və istedadlı pilotlar – Pyer Qasli (“Red Bull”un gənc pilotlar proqramının iştirakçısı), Aleks Linn (“Wiliams” komandasının Formula 1-də inkişaf üzrə pilotu), Serqey Sirotkin (“Renault” komandasının Formula 1-də test pilotu), təcrübəli Mitç Evans, Artyom Markelov və başqaları daxildir. Hazırda GP2 seriyasının 45 dəqiqəlik sərbəst yürüşlərdən ibarət ilk mərhələsi keçirilir. Daha sonra 30 dəqiqəlik sıralama turu olacaq. Nəticədən asılı olaraq, iyunun 18-də keçiriləcək ilk yarışın start düzülüşü müəyyənləşəcək (yarış 60 dəqiqə və ya 170 kilometr təşkil edir). İlk yarışın nəticəsinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanırlar. İyunun 19-da isə ikinci yarış keçiriləcək. Yarışda bolidlərin start düzülüşü aşağıdakı qaydada müəyyənləşəcək: İyunun 18-də keçiriləcək yarışda 1-8-ci pillələrdə yer alan sürücülər, növbəti gün tam əks qaydada start götürəcəklər. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzüləcəklər. İkinci yarışda xallar ilk 8 pilota verilir: 15, 12, 10, 8, 6, 4, 2, 1. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilir. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02