Bakıda marşrut avtobuslarında GPS sisteminin quraşdırılması başa çatıb.Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Azərtac-a deyib.M.Ağayev bildirib ki, hazırda sistemin yoxlanışı həyata keçirilir. Yaxın günlərdə GPS sistemi ictimaiyyətə təqdim ediləcək. Bu sistemin tətbiqi sayəsində həm marşrut şəbəkəsində, həm də paytaxtın ümumi nəqliyyat sistemində illərdən bəri mövcud olan problemlərin həllinə şərait yaranacaq.M.Ağayev qeyd edib ki, GPS sistemi sərnişin avtobuslarına tam nəzarətə imkan verəcək. Hər hansı bir marşrut xətti üzrə hərəkət edən avtobusun dayanacağa hansı müddətdə gəlməsi, sürət həddinə əməl etməsi, dayanacağa daxil olması və ya bunun əksinə hərəkət etməsi bəlli olacaq. Bu sistem avtobusların iştirakı ilə baş verən yol qəzalarının araşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. GPS sistemi vasitəsilə qəza baş verən zaman avtobusun sürətinin nə qədər olması dəqiqliyi ilə bilinəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…