Şahmat seriyasının beşinci mərhələsi çərçivəsində

23 Avqust 2019 14:33

Xəbər 697 dəfə oxunub

Avqustun 23-də “Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin altıncı turunun görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda amerikalı Uesli So ilə qarşılaşacaq.Digər görüşlərdə amerikalı şahmatçılar Hikaru Nakamura hazırkı dünya çempionu Maqnus Karlsen, Fabiano Karuana fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Yan Nepomnyaşi çinli Dinq Liren, hindistanlı Vişvanatan Anand hollandiyalı Aniş Qiri, rusiyalı Sergey Karyakin ermənistanlı Levon Aronyanla mübarizə aparacaqlar.Beş turdan sonra şahmatçımızın aktivində 2,5 xal var. V.Anand, D.Liren, F.Karuana 3, M.Vaşe-Laqrav, M.Karlsen, S.Karyakin, Y.Nepomnyaşı 2,5, L.Aronyan, A.Qiri, H.Nakamura 2 xal toplayıblar.xeber100.com