“Grand Chess Tour 2019” seriyasının final mərhələsi başa çatıb

10 Dekabr 2019 11:12

Xəbər 525 dəfə oxunub

Londonda şahmat üzrə “Grand Chess Tour 2019” seriyasının final mərhələsi başa çatıb.Azərtac xəbər verir ki, turnirin finalında 4 şahmatçı – dünya çempionu Maqnus Karlsen, çinli Dinq Liren, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan mübarizə aparıblar. Mərhələnin final matçında D.Liren M.Vaşye-Laqrav üzərində qələbə qazanaraq “Grand Chess Tour 2019”un qalibi olub və seriyanın əsas mükafatı olan 150 min ABŞ dollarını qazanıb. Üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə M.Karlsen L.Aronyanı məğlub edib.xeber100.com