İyunun 26-dan iyulun 9-dək Xorvatiyanın paytaxtı Zaqrebdə “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov iştirak edəcək. Yarışlarda Ş.Məmmədyarovdan başqa dünya çempionu, norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana, Hikaru Nakamura və Vesli So, fransalı Maksim Vaşe-Laqrav, çinli Dinq Liren, rusiyalı şahmatçılar Yan Nepomnyaşi və Vladimir Kramnik, ermənistanlı Levon Aronyan, hollandiyalı Aniş Giri və hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand mübarizə aparacaqlar.Ümumi mükafat fondu 1 milyon 750 min ABŞ dolları olan turnir 8 yarışdan ibarətdir. Yarışın birinci seriyası mayın 6-dan 13-dək Fil Dişi Sahilinin paytaxtı Abicanda keçirilib. Blitz və rapid üzrə keçirilmiş turnir dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə nəticələnib. Turnirin sonrakı mərhələləri – iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…