“Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsində

16 Avqust 2021 13:11

Xəbər 657 dəfə oxunub

ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, Ş.Məmmədyarov turnirin blits yarışının son 9 turunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 4 turda məğlub olub.Şahmatçımız rapid və blits turnirlərində ümumi nəticəyə görə, 17 xalla 6-cı yeri tutub.Mərhələnin mükafat fondu 150 min ABŞ dolları təşkil edib.Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi “Superbet Chess Classic Romania”ın qalibi olub.xeber100.com