İyunun 6-da “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin ikinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. İkinci turda Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişuk, Teymur Rəcəbov niderlandlı Aniş Giri ilə heç-heçə ediblər. Qeyd edək ki, şahmatçılarımızın birinci turda qarşılaşmaları da heç-heçə ilə başa çatıb.Turun digər oyunlarında Rumıniya təmsilçiləri Boqdan-Daniel Dyak fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Konstantin Lupulesku isə Fabiano Karuanaya uduzub. Uesli So ilə ermənistanlı Levon Aronyan görüşü isə heç-heçə ilə başa çatıb.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…