İyunun 13-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov niderlandlı Aniş Giri, Teymur Rəcəbov isə yerli idmançı Konstantin Lupulesku ilə mübarizə aparıb. Şahmatçılarımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.Qeyd edək ki, şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər. Ş.Məmmədyarov 8 oyundan 3-nü qələbə ilə başa vurub. T.Rəcəbov isə bütün qarşılaşmalarında heç-heçə edib. Şəhriyar 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…