Martın 23-də Dənizkənarı Milli Parkda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 50 gün qalması münasibətilə tədbir təşkil edilib.Azərtac xəbər verir ki, “Grassroots” proqramı çərçivəsində keçirilən tədbirdə “Bakı-2017”nin rəsmi tərəfdaş və dəstəkçiləri xüsusi stendlərlə təmsil olunublar. Paytaxt sakinləri və şəhərimizin qonaqları həmin stendlərə yaxınlaşaraq IV İslam Həmrəyliyi Oyunları barədə məlumat əldə edib, həmçinin xüsusi viktorinalara qatılaraq hədiyyələr qazanıblar.“Bakı-2017”nin idmançı səfirləri güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, yarışın ulduz səfirləri Hacı Nuran Hüseynov, aktyorlar Rəfael Ağayev və Coşqun Rəhimov hamını yarışlara dəvət edib, idmançılarımıza azarkeşlik etməyə səsləyiblər.IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov yarışa hazırlığın plana uyğun olaraq getdiyini bildirib. Vurğulayıb ki, bir neçə gündür “Bakı-2017”nin biletləri satışa çıxarılıb. Açılış və bağlanış mərasimləri də daxil olmaqla idman sessiyaları üçün 500 min bilet satışdadır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…