Fevralın 8-də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimat mərasimi keçirib. Mərasimdə IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri təqdim olunub.Azərtac xəbər verir ki, AİHOƏK-in korporativ direktoru E.Səfərov IV İslam Həmrəyliyi Oyunlarına 100 gündən az bir vaxt qaldığı dövrdə idmançı və ulduz səfirlərin ictimaiyyətə təqdim olunmasını əlamətdar hadisə kimi qiymətləndirib.Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının sıralarına bu gündən etibarən ulduz və idmançı səfirlər qismində qatılacaq məşhurlarımız idmanın yeniyetmə və gənclər arasında daha da kütləviləşməsinə, ictimaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına marağının artırılmasına mühüm töhfə verəcəklər.“Grassroots” proqramı idmançı və ulduz səfirlər vasitəsilə ictimaiyyətə təqdim olunub. IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduzlar və idmançılar Oyunların təbliğində fəallıq göstərəcək, gerisayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial kampaniyaları dəstəkləyəcək və özlərinin sosial media kanallarından istifadə edərək bu mühüm idman yarışının təbliğinə dəstək göstərəcəklər.AİHOƏK rəsmilərinin çıxışlarından sonra idmançı və ulduz səfirlər ictimaiyyətə təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…