Aprelin 29-da Almaniyada “GRENKE Chess Classic 2019” superturnirinin sonuncu turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Arkadi Naydiç doqquzuncu turda almaniyalı Qeorq Mayer ilə qarşılaşacaq. Şahmatçımız ötən turu ispaniyalı Fransisko Valexo ilə heç-heçə başa vurub. Səkkiz turun nəticəsinə görə A. Naydiçin aktivində 4 xal var.Ötən turun digər oyunlarında Maksim Vaşe-Laqrav almaniyalı Vinsent Keymerə, norveçli dünya çempionu Maqnus Karlsen rusiyalı Pyotr Svidlerə, amerikalı Fabiano Karuana Qeorq Mayerə qalib gəliblər. Hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand ermənistanlı Levon Aronyan ilə heç-heçə edib.Hazırda M.Karlsen 6,5 xalla turnir cədvəlinin vahid lideridir. F.Karuana 5,5 xalla ikinci pillədədir. M.Vaşe-Laqrav 5 xal, V.Anand, L.Aronyan, P.Svidler 4 xal, F.Valexo, V.Keymer və Q.Mayer 2 xal toplayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…