Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın daha geniş tərkibdə keçirilməsi təşkilatın nüfuzunun getdikcə artmasının və fəaliyyətinin rəğbətlə qarşılanmasının bariz nümunəsidir. Qeyd edib ki, Azərbaycan parlamenti bundan sonra da GUAM PA-nın fəaliyyətinə lazımi dəstək göstərmək əzmindədir.Hazırda beynəlxalq münasibətlər sistemində regional inteqrasiya proseslərinin rolunun və əhəmiyyətinin artdığından söz açan sədr müavini vurğulayıb ki, tarixin heç bir mərhələsində dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac bu qədər olmayıb. Bütün dünyanı silkələyən koronavirus pandemiyası bir daha göstərdi ki, qlobal problemlərin həllində dövlətlər arasında qarşılıqlı dəstək, ortaq mövqe və sıx əməkdaşlıq labüddür.Son dövrlərdə parlament diplomatiyasının xeyli aktuallaşdığını, beynəlxalq münasibətlərin qanunverici bazasını zənginləşdirdiyini qeyd edən Adil Əliyev bildirib ki, günümüzdə GUAM PA çərçivəsində iş birliyi regional inteqrasiyanın sürətləndirilməsində mühüm vektorlardan birinə çevrilə və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya bilər.
GUAM PA-nın 13-cü sessiyasının 4 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra “Yeni qlobal çağırışlar şəraitində GUAM-a üzv dövlətlərin əməkdaşlığı” mövzusunda müzakirələrə başlanıb. Öncə COVID-19 pandemiyasının sosial və iqtisadi nəticələrinə qarşı aparılan mübarizədən bəhs olunub. Müzakirədə qurumdakı nümayəndə heyətinin rəhbərlərindən Georgi Xelaşvili (Gürcüstan) və Aleksandru Jizdan (Moldova), Azərbaycan nümayəndə heyətinin üzvü Cavid Osmanov, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mövcud vəziyyət və görülmüş tədbirlər barədə məlumat veriblər.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…