Güləş Federasiyasının məlumatı

6 Dekabr 2017 12:15

Xəbər 799 dəfə oxunub

Qazaxıstanın paytaxtı Astanada Əməkdar Məşqçi Axmetcan Kazımbetovun xatirəsinə həsr olunan yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak ediblər.Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdikləri turnirdə güləşçilərimiz üç qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.xeber100.com