Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar federasiya tərəfindən diplom, medal və pul mükafatları ilə təltif edilib. Yığma komandanın heyətinə cəlb olunan qaliblər il ərzində millinin mübarizə aparacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.Yarışın sonuncu iki günündə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. Ümumilikdə 212 sərbəst güləşçinin çıxış etdiyi çempionat gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilib.Çempionatın sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Murtuz Müslümov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adını qazanıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…