Güləş üzrə Avropa çempionatı davam edir

1 May 2018 11:41

Xəbər 1110 dəfə oxunub

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın ikinci günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışacaqlar. Millimizin beş üzvü birincilik uğrunda mübarizə aparacaq.Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Murad Məmmədov (60 kq) M.Kajarski (Belarus)-Elçin Əli (Türkiyə) cütünün qalibi ilə, Elman Muxtarov (67 kq) rusiyalı A.Surkovla, Rəsul Çunayev (72 kq) Türkiyə təmsilçisi M.Dağla, Rafiq Hüseynov (82 kq) E.Babayan (Polşa)-Z.Datunaşvili (Gürcüstan) görüşünün qalibi ilə, Orxan Nuriyev (97 kq) isə slovakiyalı T.Sust ilə qarşılaşacaq.xeber100.com