Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. Turnirin ilk günündə sərbəst və qadın güləşçilər yarışacaqlar.Azərtac xəbər verir ki, qadın güləşi üzrə yığma komandamız hazırlıqları Ukraynanın paytaxtı Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirir.Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Avropa çempionatına 7 güləşçi qatılacaq. Yarışda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər.Proqrama əsasən, ilk yarış günündə 57 və 86 kiloqramda sərbəst, 48 və 63 kiloqram çəkidə qadın güləşçilər yarışacaqlar. Mayın 3-də 65 və 97 kiloqramda sərbəst, 53 və 60 kiloqram çəki dərəcəsində qadın güləşçilər, mayın 4-də 61 və 74 kiloqramda sərbəst, 55 və 75 kiloqramda qadın güləşçilər mübarizə aparacaqlar. 70 və 125 kiloqramda sərbəst, 58 və 69 kiloqramda qadın güləşçilər isə mayın 5-də qüvvələrini sınayacaqlar.Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…