Güləş üzrə Avropa çempionatı start götürüb

2 May 2017 12:36

Xəbər 667 dəfə oxunub

Bu gün Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.Azərtac xəbər verir ki, çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandaları da mübarizə aparır.İlk yarış günündə 57, 86 kiloqram çəkidə sərbəst, 48 və 63 kiloqram çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparırlar.Bu çəkilərdə ölkəmizi sərbəst güləşdə Giorgi Edişeraşvili (57 kq), Aleksandr Qostiyev (86 kq), qadın güləşində isə Mariya Stadnik (48 kq) və Elmira Qəmbərova (63 kq) təmsil edirlər.xeber100.com