Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.Azərtac xəbər verir ki, turnirin üçüncü yarış günündə – martın 20-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Turnirdə 6 güləşçimiz iştirak edəcək. Onlardan biri təsnifat, beşi isə 1/8 finaldan turnirdən mübarizəyə qoşulacaq. Belə ki, Murad Məmmədov (60 kq) litvalı Justas Petraviçyus, İslambek Dadov (67 kq) Mihay Mihut (Rumıniya), Sənan Süleymanov (77 kq) Moldova idmançısı Aleksandrin Qutu, İslam Abbasov (87 kq) Şimon Şimonoviç (Polşa) – Daniel Aleksandrov (Bolqarıstan) cütünün qalibi ilə, Murad Lokyayev (97 kq) yunanıstanlı Laokratis Kesidis, Beka Kandelaki (130 kq) isə Aleksandros Papadatos (Yunanıstan) ilə qarşılaşacaq.Bu gün, həmçinin qadın güləşçilər arasında medal görüşləri keçiriləcək. Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) isə təsəlliverici görüşlərdə iştirak edəcəklər.Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirində 4 medal qazanıb. Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələniblər. H.Əliyev və H.Hacıyev, eyni zamanda, “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…