Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında ənənəvi Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürüb.Azərtac xəbər verir ki, sayca 55-ci dəfə keçirilən turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandalarımızın üzvləri iştirak edirlər.Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi – 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparırlar.Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçisi İlqar Abdulovun başçılığı ilə yarışa qatılıblar. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi – 59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (hər ikisi – 71 kq) yer alıblar.Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi – 65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvəsini sınayırlar. Komanda məşqçilər Sadurddin Ayqubov və Əsgərxan Novruzovun başçılığı altında yarışda iştirak edir.Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…