Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb.Azərtac xəbər verir ki, yarışın son günündə – sentyabrın 10-da 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.Komandamız günü 1 bürünc medalla başa vurub.Dünya çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Kanada və Almaniyadan olan rəqiblərini vaxtından əvvəl, daha sonra isə Hindistan təmsilçisini texniki üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşdə Monqolustan idmançısına da vaxtından əvvəl tam üstünlüklə qalib gəlib və çempionatın bürünc medalını qazanıb.Beləliklə, sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar. Bu nəticə ilə sərbəst güləş yığmamız komanda hesabında 61 xalla 3-cü nəticə göstərib. Rusiya 73 xalla birinci, ABŞ komandası isə 66 xalla ikinci yeri tutub.Qeyd edək ki, yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…