Güləş üzrə dünya çempionatı davam edir

1 Sentyabr 2016 10:42

Xəbər 1470 dəfə oxunub

Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı davam edir. Azərtac xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları iştirak edir. Gənc qızların yarışında 4 təmsilçimiz mübarizə aparır. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qızlarımız sentyabrın 1-2-də yarışacaqlar. Yarışın üçüncü günündə – sentyabrın 1-də 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar döyüşəcək. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunur. Yarışda 51 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxacaq Səbinə Həmzəlzadənin ilk rəqibi 1/8 final mərhələsində Özbəkistan güləşçisi Nodira Sabirova olacaq. Elis Manolova (67 kq) isə bu mərhələdə digər özbəkistanlı Baxtigül Baltaniyazova ilə qarşılaşacaq.xeber100.com