Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.Dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparır. Yığma komandamızın 2 üzvü yarışda iştirak edir.Azərtac xəbər verir ki, 48 kq-da mübarizə aparan Türkan Nəsirova bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Güləşçimiz ardıcıl olaraq Avstriya və Türkiyə təmsilçilərini vaxtından əvvəl, Qazaxıstan və Tunis idmançılarını isə böyük xal fərqi ilə mübarizədən kənarlaşdırıb. Final görüşündə onun rəqibi Yaponiya idmançısı olacaq.55 kq çəkidə yarışan Leyla Qurbanova ilk görüşündə Koreya idmançısına vaxtından əvvəl qalib gəlib. Ardınca Yaponiya təmsilçisinə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Macarıstan təmsilçisi ilə gərgin keçən görüşü qalib başa vuran Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…