Güləş üzrə dünya çempionatı keçiriləcək

14 May 2018 14:29

Xəbər 963 dəfə oxunub

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Rusiya paytaxtında keçiriləcək hərbçilər arasında güləş üzrə dünya çempionatında iştirak etmək məqsədilə Moskvaya yola düşüblər.AZərtac xəbər verir ki, MOİK-in komandası mayın 14-dən 20-dək Moskvada keçiriləcək hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında mübarizə aparacaq.MOİK növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CISM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Rəşad Quliyevin rəhbərliyi ilə qatılib.Sərbəst və yunan-Roma güləşçilərimizi yüksək səviyyəli yarışlara beynəlxalq dərəcəli idman ustası Nazim Əlicanov və hərbçilər arasında Avropa və dünya birinciliklərinin dördqat çempionu Taleh İsrafilov hazırlayıblar.MOİK-in komandasının heyətində üç qadın güləşçi də mübarizə aparacaq.Qeyd edək ki, çempionata qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edirlər.Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də Moskvaya yola düşüblər.xeber100.com