Güləş üzrə dünya çempionatı Olimpiya Oyunları ilə eyni ildə keçirilə bilər

12 Aprel 2020 21:23

Xəbər 490 dəfə oxunub

Uzun illərdən sonra ilk dəfə güləş üzrə dünya çempionatı Olimpiya Oyunları ilə eyni ildə keçirilə bilər.Azərtac xəbər verir ki, bu sözləri Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili deyib.M.Mamiaşvili vurğulayıb ki, Dünya Güləş Birliyinin iclasında dünya çempionatının 2021-ci ildə “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra keçirilməsi təklif olunub. Bu barədə qərar hələ qəbul olunmayıb. Ancaq gələcəkdə bu variant ətrafında müzakirələr aparacağıq.Qeyd edək ki, son illər Olimpiya Oyunlarının təşkil olunduğu ildə dünya çempionatı keçirilmir. Ancaq koronavirus pandemiyasına görə “Tokio-2020”nin gələn ilə təxirə salınması Dünya Güləş Birliyini bu addımı atmağa məcbur edir.xeber100.com