Güləş üzrə dünya kuboku yarışları davam edir

9 Aprel 2018 14:19

Xəbər 915 dəfə oxunub

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları davam edirAzərtac xəbər verir ki, “B” qrupunda yer alan millimiz aprelin 8-də Monqolustan yığması ilə qarşılaşıb. Görüş güləşçilərimizin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarış günündə yığmamız qrup mərhələsi çərçivəsində Kubaya 8:2, Qazaxıstana isə 9:1 hesabı ilə qalib gəlib.Beləliklə, millimiz dünya kuboku yarışlarının finalına yüksəlib.Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaqlar. Həlledici görüş aprelin 9-da Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.xeber100.com