Güləş üzrə dünya kuboku yarışları keçiriləcək

7 Fevral 2017 10:41

Xəbər 800 dəfə oxunub

Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 6-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə “B” yarımqrupunda yarışacaqlar.Fevralın 16-da yarımqrup, bir gün sonra isə final görüşləri keçiriləcək.Ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə – 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olub.xeber100.com