Martın 16-17-də İran İslam Respublikasının Abadan şəhərində böyüklər arasında yunan-Roma güləşi üzrə dünya kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə “B” yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxıstan, İran və Almaniya komandaları isə “A” yarımqrupunda yarışacaqlar.Yığma komandamızın baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz Abadana yollanacaq.Yarışda ölkəmizi Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcəklər.Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-lük uğrunda görüşəcəklər.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz dünya kubokunun sahibi olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…