Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.Azərtac xəbər verir ki, turnirin ikinci günündə – mayın 7-də qadın güləşçilər mübarizə aparırlar.Qadın güləşçilərimizdən Elis Manolova (68 kq) startda Yunanıstan təmsilçisi Aqora Papavasileuya qalib gələrək dörddəbir finala yüksəlib. Təmsilçimizin növbəti rəqibi Argentina idmançısı Klara Vaskes olacaq.Millimizin üzvlərindən Türkan Nəsirova (53 kq) ilk görüşdə Luisa Melendresə (Ekvador), Alyona Kolesnik (57 kq) qırğızıstanlı Nuraida Anarkulovaya, Tatyana Omelçenko (62 kq) Luisa Niemeşə, Gözəl Zutova (76 kq) isə rumıniyalı Katalina Axenteyə məğlub olaraq mübarizəni dayandırıblar.Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları saat 20:00-da start götürəcək.Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik “Tokio-2020″yə vəsiqəni təmin edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…