Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə millimiz mayın 3-də Bolqarıstana yollanıb.Sonuncu lisenziya turnirində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) çıxış edəcəklər. Yarışın proqramına əsasən, sərbəst güləşçilər mayın 6-7-də Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaqlar.Güləşin bu növündə 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turnirində olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…