Güləş üzrə Dünya Seriyasının III mərhələsi keçirilib

30 İyun 2023 15:05

Xəbər 315 dəfə oxunub

Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib. Ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb. İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutublar. Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, dördüncü mərhələ sentyabrın 9-10-da Rumıniyanın Konstanta şəhərində keçiriləcək.xeber100.com