Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz fevralın 8-də növbəti təlim-məşq toplanışına start verib.Azərtac xəbər verir ki, hər iki yığmamız ölkə xaricində toplanış keçir. Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən hazırlıq prosesində bir neçə ölkənin komandası iştirak edir. Hazırlıq prosesi fevralın 25-dək davam edəcək.Sərbəst güləş üzrə millimiz isə Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edirlər. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…